Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir"
"Qazaxıstan əcnəbi, o cümlədən azərbaycanlı tələbələrin cəlb edilməsi üzrə səylərini fəallaşdırır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Ali Təhsilin İnkişafı üzrə Milli Mərkəzinin direktor müavini Botaqoz Bermuhambetova bildirib.
Onun sözlərinə görə, əsas vəzifələrdən biri təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı abituriyentlərin Qazaxıstanın ali məktəblərinə cəlb edilməsidir.
"Biz azərbaycanlı tələbələri Qazaxıstanda təhsil almağa dəvət edirik. Bu gün Qazaxıstan "Cardiff University", "Coventry University" kimi universitetlər, eləcə də Cənubi Koreya və ABŞ-dən olan tərəfdaşların iştirakı ilə fəaliyyət göstərən ali məktəblər daxil olmaqla, xeyli sayda beynəlxalq kampusun fəaliyyət göstərdiyi Mərkəzi Asiyanın ən böyük ölkələrindən biridir", - o qeyd edib.
Mərkəz nümayəndəsi vurğulayıb ki, Qazaxıstan universitetləri dünyanın aparıcı ölkələri, o cümlədən Çin, İtaliya, Fransa, Almaniya və ABŞ ilə birgə təhsil proqramlarını fəal şəkildə inkişaf etdirir ki, bu da tələbələrə ikili diplom və beynəlxalq akademik təcrübə əldə etməyə imkan verir.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı
Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır
-
ABŞ qüvvələri Hörmüz boğazında saxladığı gəmilərin sayını açıqlayıb
-
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
-
Naib Əlizadə ilə bağlı ƏMR













