Azərbaycanda nağdsız ödənişlər il ərzində 46 % artıb
Bu ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 46 % artaraq 9 milyard 560 milyon manat təşkil edib.
"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,291 milyard manatı (86,7 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.
Bu il aprelin 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 409 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəli ilə müqayisədə 2 %, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 11,9 % artaraq 20,338 milyon, kredit kartlarının sayı isə 9,1 % azalaraq 2,071 milyon olub. Martda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 13,356 milyard manat (illik müqayisədə 40,4 % çox) və 714 milyon manat (0,8 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 6,3 %, POS-terminalların sayı isə 46 % artaraq müvafiq olaraq 3 586 ədəd (Bakı üzrə 1 927 ədəd) və 184 391 ədəd (Bakı üzrə 114 420 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Oxşar xəbərlər
Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb - STATİSTİKA
Azərbaycanda dekabrda nağdsız ödənişlər 19 % artıb
Azərbaycanda nağdsız ödənişlər il ərzində 11 %-dən çox artıb
"Kartdan-karta" dövrü geri qayıdır - Bəzi ticarət obyektlərində POS-terminallar niyə işləmir?
Azərbaycanda nağdsız ödənişlər il ərzində 15 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ qüvvələri Hörmüz boğazında saxladığı gəmilərin sayını açıqlayıb
-
Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır
-
Naib Əlizadə ilə bağlı ƏMR
-
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
-
Süni intellektlə ev tapşırığını yazan şəxslərə XƏBƏRDARLIQ
-
Makron III Çarlzın fransız dili ilə bağlı zarafatına cavab verib













