Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb
Far.Az xəbər saytı

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb


Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" Türkiyənin Milli Müdafiə Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Yunanıstanın axtarış və xilasetmə işlərini həyata keçirməli olduğu beynəlxalq sularda - Krit adasının 80 dəniz mili qərbdə (Eksklüziv İqtisadi Zona - red.) İsrailin "Qlobal Sumud Donanması"na müdaxilə etməsi Afinanın öhdəliyini yerinə yetirmədiyinin göstəricisidir.

"Sözügedən müdaxilədən sonra İsrail qüvvələrinin saxladığı heyəti daşıyan gəminin Yunanıstan limanlarından birinə yönləndirilməsi və bu prosesin Yunanıstan rəsmiləri tərəfindən əngəllənməməsi Afina rəhbərliyinin mövqeyinə qarşı tənqidləri artırıb. Bu qərarın Yunanıstanın dəniz səlahiyyət zonaları və suverenlik hüquqları baxımından mübahisələr yaratdığı bildirilir. Yunanıstanın öz axtarış-xilasetmə məsuliyyət zonasında baş verən hadisəyə qarşı passiv mövqe nümayiş etdirməsi onun beynəlxalq öhdəliklərini gözardı etdiyini göstərir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında "Qlobal Sumud Donanması"nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilmişdi.

Oxşar xəbərlər

Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik - YENİLƏNİB-2
Türkiyə XİN: "Qlobal Sumud Donanması"na hücum dəniz quldurluğu aktıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İshaq Dar İsrailin "Qlobal Sumud Donanması"nı ələ keçirməsini qınayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər