Türkiyə XİN: "Qlobal Sumud Donanması"na hücum dəniz quldurluğu aktıdır
Far.Az xəbər saytı

Türkiyə XİN: "Qlobal Sumud Donanması"na hücum dəniz quldurluğu aktıdır


Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

"Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır", bəyanatda bildirilib və əlavə olunub ki, Qəzza sakinlərinin yaşadığı humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum beynəlxalq hüquqa ziddir:

"Donamadakı Türkiyə vətəndaşları və digər sərnişinlərin vəziyyəti ilə əlaqədar bütün zəruri təşəbbüslər həyata keçirilir".

Qeyd edək ki, İsrailin Hərbi-Dəniz Qüvvələri Qəzza zolağına istiqamətlənən donanmanın bəzi gəmilərini ələ keçirib. Türkiyə XİN daha əvvəl də bildirib ki, "Qlobal Sumud Donanması"ndakı Türkiyə vətəndaşları ilə bağlı lazımi addımlar atılır.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
İsrail HDQ "Qlobal Sumud Donanması"nı ələ keçirməyə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər