Türkiyə və Gürcüstanın din xadimləri Naxçıvanda səfərdədir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən olan, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.
"Report"un yerli bürosu xəbər verir ki, səfər xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq tarixi və mədəni dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, dini maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, eləcə də sağlam dini mühitin təşviqi məqsədi daşıyır.
Nümayəndə heyəti əvvəlcə Kazım Qarabəkir Paşa məscidində olub. Qonaqlara burada yaradılmış şərait, dini ibadətin təşkili, eləcə də dövlət tərəfindən dini abidələrin qorunmasına göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verilib. Nümayəndə heyətinin üzvləri Azərbaycanda ənənə halını almış vəhdət namazı qılıblar.
Din xadimləri səfər proqramına uyğun olaraq gün ərzində Heydər Məscidi kompleksi və Batabat yaylağı ilə tanış olacaqlar.
Qeyd edək ki, mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans keçiriləcək.
Oxşar xəbərlər
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda WUF13 Festivalı başlayıb
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib













