Əraqçi təkzib edib: Sülh planı nüvə məsələlərini əhatə etmir - YENİLƏNİB
İranın ABŞ ilə sülh planı yalnız hərbi əməliyyatlara son qoymağa yönəlib və nüvə məsələlərini əhatə etmir.
"Report"un verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, Tehranın təklif etdiyi 14 maddəlik plan yalnız müharibənin sona çatması üçün tədbirlərə aiddir: "Bizim 14 maddəlik planımız yalnız müharibənin sona çatmasına yönəlib və nüvə məsələlərinə toxunmur".
Qeyd edək ki, bəzi KİV-lər İranın nüvə proqramı məsələsinin ABŞ ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olduğunu yazıb.
İran mövqeyini dəyişdirib və nüvə proqramı məsələsini ABŞ ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olub.
"Report"un "Al Arabiya"ya istinadən verdiyi xəbərə görə, bu barədə kanalın mənbələri məlumat yayıb.
Qeyd olunub ki, Tehran əvvəlki bir sıra ilkin şərtlərdən imtina edib və hazırda uranın zənginləşdirilməsi səviyyəsinin 3,5%-ə qədər məhdudlaşdırılmasını, eləcə də artıq toplanmış zənginləşdirilmiş uranın ehtiyatlarının mərhələli şəkildə azaldılmasını müzakirə etməyi təklif edir.
İranın yüksək vəzifəli rəsmisi əvvəllər "Reuters" agentliyinə bildirib ki, Tehranın ilkin təklifi əsasən Hörmüz boğazında gəmiçiliyin bərpasına və ABŞ-ın dəniz blokadasına son qoyulmasına yönəlib, nüvə məsələsi isə daha sonra müzakirə olunacaq.
Lakin "Al Arabiya"nin yeni xəbərlərinə görə, İran nüvə məsələsini bu mərhələdə danışıqlar masasına gətirməyə hazırdır. Bundan əlavə, Tehran Amerika blokadasının qaldırılması müqabilində Hörmüz boğazının mərhələli şəkildə açılmasını təklif edir.
Mənbələr həmçinin İranın ABŞ qoşunlarının bölgədən çıxarılması tələbindən imtina etdiyini bildiriblər.
Əvəzində, Tehran ABŞ-ın öz sərhədlərində hərbi qüvvələrinin artırılmasına son qoyulmasında və gələcəkdə mümkün hücumlara qarşı beynəlxalq zəmanətlərin verilməsində israr edir.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
-
Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib













