10 ildən sonra "Met Gala"ya qızı və həyat yoldaşı ilə qatıldı
Dünyanın ən nüfuzlu moda tədbirlərindən biri olan "Met Gala 2026" keçirilib.
Far.Az xəbər verir ki, Nyu York şəhərində "Metropolitan Museum of Art"da baş tutan möhtəşəm gecədə incəsənət dünyasının tanınmışları yer alıblar.
2026-cı ilin mövzusu "Costume Art" (Kostyum sənəti) seçilib. Gecənin dress-kodu isə "Fashion is Art" (Moda sənətdir) olub.
Məşhurlar müxtəlif və fərqli dizaynlı geyimləri ilə diqqət çəkiblər.
Gecənin böyük marağa səbəb olan anı isə müğənni Beyonsun 10 ildən sonra bu qalaya qatılması olub.
O qalada həyat yoldaşı, reper Cey-Zi və qızı Blu İvi Karter ilə iştirak edib.
Beyons kristallarla işlənmiş, skelet formasında şəffaf libas geyinib. O obrazını tac aksesuarı, dalğalı saç düzümü və iri lələklərlə tamamlayıb.
Xatırladaq ki, "Met Gala" təkcə qırmızı xalça üzərində nümayiş etdirilən qeyri-adi geyimlərlə deyil, həm də topladığı milyonlarla dollar ianə ilə mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfə ilə diqqət çəkir.
Qalereya
Oxşar xəbərlər
Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb













