Sevdiyi qızı qaçıran gəncə hökm oxunub
Sevdiyi qızı qaçırtmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və dostu Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.
Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökm elan edilərək İsgəndər İsgəndərova 3 il, Əlisaab Abdullayeva isə 2 il müddətinə şərti cəza təyin edilib.
Qeyd edək ki, istintaq dövründə hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) və 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə gedib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək
-
WUF13 Festivalı - Xankəndidə inklüziv şəhərlər və dayanıqlı gələcək mövzusunda panel













