Cənubi Koreyanın müdafiə naziri ABŞ-yə səfər edəcək
Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek amerikalı həmkarı Pit Heqsetlə danışıqlar aparmaq üçün gələn həftə ABŞ-yə səfər edəcək.
"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Beşgünlük səfər çərçivəsində tərəflər müharibə dövründə operativ nəzarətin ötürülməsi (OPCON) daxil olmaqla bir sıra həll olunmamış məsələləri müzakirə edəcəklər.
Agentlik qeyd edir ki, Cənubi Koreya öz qoşunlarına hərbi komandanlığı geri qaytarmağa çalışır və ABŞ-nin dəstəyi ilə atom sualtı gəmilərinin inşasında israrlıdır. "Müstəqil" müdafiənin tərəfdarı olan prezident Li Çje Myonun hökuməti 2030-cu ildə başa çatacaq beşillik müddətin sonuna qədər OPCON hərbi komandanlığını geri qaytarmaq niyyətindədir.
Tərəflər həmçinin Cənubi Koreyanın ABŞ-nin Hörmüz boğazının açılması səylərini dəstəkləməsi yollarını müzakirə edə bilərlər.
Cənubi Koreya 1950–1953-cü illəri əhatə edən Koreya müharibəsində öz silahlı qüvvələrinə əməliyyat komandanlığını ABŞ-nin rəhbərliyi altında BMT Komandanlığına ötürüb.
Oxşar xəbərlər
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib













