Həkim stressə davamlılığı artıran qidaları açıqlayıb
Rusiyalı həkim-qastroenteroloq Svetlana Biryukova stresslə mübarizə qabiliyyətini yalnız psixoloji üsullarla deyil, düzgün qidalanma vasitəsilə də gücləndirməyin mümkün olduğunu bildirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, sinir sisteminin daha dayanıqlı olması üçün beş əsas amil vacibdir: nizamlı qidalanma, rasionun müxtəlifliyi, kifayət qədər zülal qəbulu, maqnezium və B qrupu vitaminlərinin normal səviyyədə olması.
Həkim qeyd edib ki, insan qidalanma rejiminə əməl etdikdə qanda qlükoza səviyyəsi sabitləşir. Bu isə əhval dəyişikliklərinin və narahatlığın azalmasına kömək edir. Rasion nə qədər müxtəlif olarsa, bağırsaq mikroflorası da bir o qədər sağlam olur. Mütəxəssisin fikrincə, bağırsaq sağlamlığı stressə uyğunlaşma ilə birbaşa əlaqəlidir.
Svetlana Biryukova xüsusilə zülalın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, orqanizm serotonin və dopamin kimi neyromediatorları məhz zülal vasitəsilə sintez edir. Maqnezium və B qrupu vitaminləri isə sinir sisteminin tənzimlənməsində mühüm rol oynayır.
Bundan əlavə, həkim yağ balansının da vacibliyini qeyd edib. O bildirib ki, balıq, qoz-fındıq və toxumlarda olan omeqa-3 yağ turşularının çatışmazlığı koqnitiv funksiyaları zəiflədə və narahatlıq hissini artıra bilər.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb













