Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib
Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində konsert proqramı baş tutub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və muxtar respublikanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir "Saat Meydanı" Turistik İstirahət Mərkəzində təşkil olunub.
Açıq havada keçirilən konsert proqramı həm şəhər sakinləri, həm də qonaqlar üçün bayram əhval-ruhiyyəsi yaradıb. Gecədə Naxçıvan Dövlət Filarmoniyasının solistləri ilə yanaşı, Azərbaycan musiqi sənətinin tanınmış simaları çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə və Şəmistan Əlizamanlı öz repertuarları ilə bayram gecəsinə rəng qatıblar.
Proqram çərçivəsində səsləndirilən milli musiqilər, muğam inciləri və müasir bəstəkarların əsərləri Azərbaycanın zəngin mədəni irsini bir daha nümayiş etdirib. Müasir səhnə tərtibatı, işıq və səs effektləri ilə müşayiət olunan konsert yüksək zövqlə hazırlanan musiqi bayramına çevrilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













