Netanyahu ABŞ-nin maliyyə hərbi dəstəyini azaltmaq planlarını açıqlayıb
İsrail gələcəkdə ABŞ-dən hərbi dəstəyin azaldılacağını gözləyir.
"Far.Az"un məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu bu barədə "CBS News"a müsahibəsində deyib.
O, Amerikanın yardımının yenidən nəzərdən keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq, bu ehtimalı təsdiqləyib.
"Şübhəsiz. Mən bu barədə Prezident (ABŞ) Donald Trampa da dedim", - Netanyahu bildirib.
O əlavə edib ki, İsrail ABŞ ilə hərbi əməkdaşlığının maliyyə komponentini, o cümlədən illik 3,8 milyard dollarlıq yardımını aradan qaldırmağa çalışır.
"Düşünürəm ki, qalan hərbi dəstəyi tədricən dayandırmağın vaxtıdır", - İsrailin Baş naziri bildirib və prosesin təxminən on il çəkə biləcəyini vurğulayıb.
2028-ci ildə müddəti bitən mövcud müqaviləyə əsasən, ABŞ İsrailə hər il bu məbləği verir. Braun Universitetinin " Costs of War Project" layihəsinə görə, 7 oktyabr 2023-cü il hadisələrindən bəri ABŞ-nin İsrailə hərbi yardımının həcmi 21,7 milyard dolları keçib.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik













