Fatma Yıldırım: Mədəni irsimizin dağıdılması ATƏT-in Misk Qrupunun gözü qarşısında baş verib
ATƏT-in Minsk Qrupu uzun illər ərzində beynəlxalq hüququn təminatçısı kimi çıxış etməli olduğu halda, faktiki olaraq işğalın uzanmasına xidmət edən nəticəsiz və qeyri-səmimi bir mexanizmə çevrilmişdi.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində saxlanılır, onların icrası üçün real siyasi iradə ortaya qoyulmayıb:
"Bu isə beynəlxalq münasibətlər sistemində ikili standartların və seçici yanaşmanın açıq təzahürü idi. Həmsədr dövlətlərin illərlə təkrarladığı "münaqişənin hərbi həlli yoxdur" tezisi əslində status-kvonun qorunmasına hesablanmışdı. Halbuki Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmadı və cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sübut etdi ki, beynəlxalq hüquq yalnız kağız üzərində yox, real həyatda da təmin olunmalıdır. 44 günlük Vətən müharibəsi illərlə davam edən saxta vasitəçiliyi və imitasiya diplomatiyasını tam ifşa etdi".
Fatma Yıldırım deyib ki, işğal dövründə şəhərlərimizin viran qoyulması, məscidlərimizin təhqir olunması, tarixi-mədəni irsimizin dağıdılması həmsədrlərin gözü qarşısında baş verib:
"Qanunsuz məskunlaşma siyasəti aparılır, Azərbaycan torpaqlarında beynəlxalq hüquqa zidd tikinti və mənimsəmə prosesi həyata keçirilirdi. Buna baxmayaraq, beynəlxalq vasitəçilər tərəfindən ciddi reaksiya göstərilmədi. Bu susqunluq həm siyasi, həm də mənəvi məsuliyyət məsələsidir. İşğal illərində şəhərlərimiz və kəndlərimizin dağıdılması ilə bərabər, həm də xalqımızın yaddaşı, mənəvi kökləri və ata-baba irsi də vandalizmə məruz qaldı. Mənim üçün bu məsələ həm də şəxsi ağrıdır. İnsan öz dədə-babalarının izlərini, xatirələrini, qəbir yerlərini itirəndə bunun nə qədər ağır mənəvi yük olduğunu sözlə ifadə etmək çətindir. İllərlə insanlar öz doğmalarının məzarını ziyarət edə bilmədi, bir çox qəbiristanlıqlar yerlə-yeksan edildi, tarixi yaddaş silinməyə çalışıldı. Bu vandalizm bütövlükdə insanlığın mənəvi dəyərlərinə qarşı törədilmiş cinayət idi".
Deputat qeyd edib ki, bu gün ATƏT-in Minsk Qrupu diplomatiya tarixində uğursuzluğun, riyakarlığın, ikili standartların və post-müstəmləkə təfəkkürünün simvollarından biri kimi xatırlanır:
"Azərbaycan isə beynəlxalq hüququ və ədaləti öz gücü, siyasi qətiyyəti və milli birliyi ilə bərpa edən dövlət kimi tarix yazdı".
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə xatırladıb ki, Minsk Qrupunun həmsədr ölkələri 44 gün ərzində dəfələrlə Azərbaycana təzyiqlər göstərib:
"O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək













