"PAŞA Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
Far.Az xəbər saytı

"PAŞA Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb


"PAŞA Sığorta" ASC bu ilin I rübünü 8,517 milyon manat xalis mənfəətlə başa vurub.

"Far.Az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 % azdır.

Yanvar-mart aylarında "PAŞA Sığorta"nın gəlirləri 88,572 milyon manat (1 il əvvələ nisbətən 13,95 % çox), xərcləri 77,925 milyon manat (29,9 % çox), mənfəət vergisi ödəmələri isə 2,129 milyon manat (40 % az) təşkil edib.

Bu il aprelin 1-nə "PAŞA Sığorta"nın aktivləri 497,108 milyon manat olub ki, bu da illik müqayisədə 27,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 38,9 % artaraq 393,438 milyon manata çatıb, balans kapitalı isə 2,4 % azalaraq 103,67 milyon manata düşüb.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycanda bank maşınları satışa çıxarıldı - 4 min manatdan başlayır
"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər