Şadlıq saraylarında siqaret çəkmək olarmı? - Baku TV
Far.Az xəbər saytı

Şadlıq saraylarında siqaret çəkmək olarmı? - Baku TV


Qapalı məkanlarda siqaret çəkilməsi qanunla qadağan olunsa da, bəzi ictimai iaşə obyektlərində bu qaydaya hələ də əməl edilmir.

Xüsusilə şadlıq saraylarında siqaret çəkilməsi toy iştirakçılarının narazılığına səbəb olur. Vətəndaşlar bildirirlər ki, qapalı məkanda siqaret çəkilməsi həm sağlamlığa zərər vurur, həm də ətrafdakılara hörmətsizlikdir.

Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar məsələ ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Sakinlərdən biri xüsusilə uşaqların olduğu mühitdə siqaret çəkilməsini qəbulolunmaz hesab etdiyini deyib:

"Bir də görürsən ki, kişi qucağında uşağını tutub siqaret çəkir".

Mövzu ilə bağlı hüquqşünas Vüsal Cəfərov xatırladıb ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun 10-cu maddəsində siqaret çəkilməsinə icazə verilməyən məkanlar dəqiq göstərilib:

"Restoran, kafe və barlar da daxil olmaqla, ictimai iaşə obyektlərində tütün istifadəsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə oluna bilərlər".

Ətraflı videomaterialda:

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər