Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub
Kosta-Rikanın paytaxtı San Xose şəhərində ölkənin yeni seçilmiş Prezidenti Laura Fernandesin andiçmə mərasimi keçirilib. Yüzə yaxın ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı ölkəmizin səfiri Seymur Fətəliyev təmsil edib.
Far.Az xəbər verir ki, bu barədə ölkəmizin Kosta-Rikadakı səfirliyi məlumat yayıb.
Kosta-Rikanın Milli Stadionunda keçirilən mərasimdə Prezident Laura Fernandes böyük izdiham qarşısında and içib, həmçinin yeni hökumət üzvlərini ictimaiyyətə təqdim edib.
Andiçmə mərasimindən sonra Prezident Laura Fernandes nümayəndə heyətlərinin rəhbərləri ilə qısa söhbət aparıb. Səfir Seymur Fətəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kosta-Rika Prezidentinə səmimi təbriklərini və xoş arzularını çatdırıb. Prezident Laura Fernandes təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində, səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Kosta-Rikanın yeni seçilmiş vitse-prezidenti Fransisko Qamboa isə cari ilin mart ayında Azərbaycana həyata keçirdiyi səfəri və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Daha sonra Kosta-Rikanın sabiq Prezidenti Rodriqo Çaves Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəmiz haqqında müsbət fikirlərini və xoş arzularını ifadə edib.
Tədbir Mələklər Bazilikasında keçirilən dini mərasimlə başa çatıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Kosta Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir












