Malayziyada miqrantları daşıyan qayıq batıb, 14 nəfər axtarılır
Far.Az xəbər saytı

Malayziyada miqrantları daşıyan qayıq batıb, 14 nəfər axtarılır


Malayziyanın qərb sahillərində qayığın batması ilə bağlı axtarış-xilasetmə əməliyyatı başlayıb.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə Perak ştatının Panqkor adası sahillərində baş verib.

İlkin məlumatlara görə, gəmidə Malayziyaya qanunsuz səyahət edən 37 İndoneziya vətəndaşı olub.

Bazar ertəsi səhər tezdən suda insanları aşkar edən balıqçı hadisəni səlahiyyətlilərə bildirib. Daha sonra yerli balıqçı gəmisi yeddi qadın da daxil olmaqla 23 nəfəri xilas edib.

Malayziya Dənizçilik İdarəsinin məlumatına görə, qayıq 9 may tarixində İndoneziyanın Kisaran şəhərindən yola düşüb. Sərnişinlər Kuala-Lumpur və Penanq adası da daxil olmaqla, Malayziyanın müxtəlif bölgələrinə getməyi planlaşdırırdılar.

Digər 14 nəfərin taleyi hələ də məlum deyil. Xilasedicilər qəza yerində axtarış işlərini davam etdirirlər.

Qeyd etmək lazımdır ki, oxşar faciələr İndoneziya və Malayziya arasındakı sularda müntəzəm olaraq baş verir. Adətən, bunlar plantasiyalarda və fabriklərdə iş axtararaq Malayziyaya çatmağa çalışan miqrant işçiləri daşıyan həddindən artıq yüklənmiş qayıqlardır. İnsan hüquqları fəalları hər il 100.000 ilə 200.000 arasında indoneziyalının bu təhlükəli marşrutdan keçdiyini və onların çoxunun insan alveri və əmək istismarının qurbanı olduğunu təxmin edirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər