Fransa Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışır - RƏY
Far.Az xəbər saytı

Fransa Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışır - RƏY


Ermənistan rəhbərliyi Fransa prezidentinin ölkələrinə səfərində məqsədin təkcə onları dəstəkləmək olmadığını, onlardan təzyiq aləti kimi Azərbaycanı və Türkiyəyə qarşı faydalanmağa çalışdığını bilməmiş deyil.

Bunu "Report"a açıqlamasında Milli Məclisinin deputatı Sahib Alıyev deyib.

Deputat qeyd edib ki, Fransanın niyyəti Rusiyanı vurub Ermənistandan çıxartmaq deyil, buna onun gücü də yetməz:

"Fransanın niyyəti Ermənistanı Rusiya ilə şərikli forposta çevirməkdir. Məncə Ermənistan rəhbərliyi də bunun tam fərqindədir. Xatırladım ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl deyib ki, o ölkəsinin müstəqilliyini bir neçə dövlətdən asılılıqda, bir neçə dövlətdən himayədarlıqda görür. Ermənistanda bir himayədardan çoxsaylı himayədara keçid axtarışındadırlar. Öz müstəqilliklərinin gələcəyini bu cür görürlər".

O hesab edir ki, Ermənistandakı siyasi qüvvələrin demək olar ki, hamısının Azərbaycana yanaşmaları və gələcəklə bağlı planları eynidir, sadəcə ritorika fərqlidir:

"Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə "Nə qədər ki Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq", – dedi. Bəli, biz ayıq olmalıyıq. Nikol Paşinyanın komandasındakıların – məsələn, Alen Simonyanın, Armen Qriqoryanın, Ararat Mirzoyanın ən kəskin dillə tənqid etdikləri revanşistlərdən çox da fərqləndiklərini düşünmürəm".

Deputat qeyd edib ki, onların Qərbdəki havadarlarıyla görüşlərdə səsləndirdikləri fikirlərdən də bu, açıq-aydın görünür:

"Aralarındakı fərq, bayaq qeyd etdiyimiz kimi, ritorikalarında, bir də kimin qanadı altında öz niyyətlərini reallaşdırmaq istəmələrindədir. Karapetyan, Köçəryan və digərləri öz revanşist məqsədlərinə yenə də Rusiyanın yardımı ilə çatmağa hazırlaşdıqlarını gizlətmirlər. İndi Ermənistanda hakimiyyətdə olanlar isə öz planlarını Qərbdəki bəlli çevrələrin, Fransa kimi dövlətlərin dəstəyi ilə yavaş-yavaş, sülhdən danışa-danışa reallaşdıracaqlarını düşünürlər".

S. Alıyevin sözlərinə görə, məhz bu səbəbdən "Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər"dən söz salarkən, Müzəffər Ali Baş Komandanımız əslində, həm də rəsmi İrəvana xəbərdarlıq edirdi ki, onların dəstəyinə güvənərək revanşizm haqqında düşünürlərsə, yenə 2020–2023-cü illərdə üzləşdikləri reallıqla üzləşəcəklər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər