Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını Azərbaycana səfərə dəvət edib
Far.Az xəbər saytı

Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını Azərbaycana səfərə dəvət edib


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Patriarxı III Şionu Azərbaycana dəvət edib.

"Far.Az" xəbər verir ki, bu barədə A.Paşazadənin II Şioya göndərdiyi təbrik məktubnda qeyd edilib.

Məktubda deyilir:

"Yarım əsrə yaxındır ki, məni Sizin unudulmaz sələfiniz, gürcü xalqının Böyük Ruhani Lideri, mərhum Katolikos-Patriarxı II İlya ilə səmimi dostluq və qardaşlıq əlaqələri bağlıyırdı. Bu əlaqələrdən ilhamlanaraq, biz həmişə iki qonşu və dost xalqımız və dövlətlərimiz arasında mövcud olan hərtərəfli əlaqələrin, xüsusən də mənəvi və dini sahələrdə yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırdıq. Şübhəsizdir ki, mərhum Patriarx Sizə böyük etimad və etibar göstərirdi. Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Sizin Katolikos-Patriarx seçilməyiniz isə bu etimadın və etibarın bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirdi. Buna görə də mən əminəm ki, onun layiqli varisi olaraq ZatiMüqəddəsləriniz Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlarımız arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərinizi əsirgəməyəcəksiniz. Xatırlatmaq istərdim ki, dövlətlərimiz öz müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın KatolikosPatriarxı II İliya olmuşdu. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana dəvət etməkdən qürur duyuram. Zati-Müqəddəslərinizi əmin etmək istəyirəm ki, bu səfəriniz Azərbaycandakı bütün dindarlar tərəfindən səmimi sevinclə qarşılanacaq və şəxsən mənim üçün böyük şərəf olacaq. Uca Yaradandan Zati-Müqəddəslərinizə qardaş Gürcü xalqının rifahı naminə müqəddəs Patriarx fəaliyyətinizdə xeyir-dualar diləyirəm. Xahiş edirəm, ən yüksək hörmətimi qəbul edin".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər