"Survivor Yunanıstan"da bədbəxt hadisə: İştirakçının ayağı kəsildi, yarışma dayandırıldı
Far.Az xəbər saytı

"Survivor Yunanıstan"da bədbəxt hadisə: İştirakçının ayağı kəsildi, yarışma dayandırıldı


Yunanıstanda yayımlanan "Survivor" yarışmasında bədbəxt hadisə yaşanıb.

Far.Az xəbər verir ki, iştirakçı Stavros Floros ayağı kəsilərək ciddi xəsarətlər alıb.

Yunan mətbuatının yaydığı məlumata görə, qəza Agios Dominikos bölgəsində baş verib.

Bildirilib ki, Stavros Floros çəkilişlərdən kənar vaxtda balıq ovu etdiyi zaman turist qayığı ona çırpılıb.

Hadisədən dərhal sonra çəkiliş heyətinin operativ şəkildə müdaxilə etdiyi, Florosa hadisə yerində ilkin tibbi yardım göstərildiyi qeyd olunub.

Daha sonra yarışma iştirakçısı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

"Hazırda əldə olunan məlumata əsasən, qəza iştirakçının çəkiliş prosesi xaricində balıq ovu etdiyi zaman turist qayığının ona çırpılması nəticəsində baş verib. İlk andan etibarən yaralıya yardım göstərilməsi və təhlükəsiz şəkildə xəstəxanaya çatdırılması üçün bütün zəruri addımlar atılıb. Hadisənin səbəbləri və bütün detalları aidiyyəti liman qurumları tərəfindən araşdırılır. İştirakçısının vəziyyəti ağır olsa da stabildir və həyati təhlükəsi yoxdur" - deyə "Survivor Yunanıstan" tərəfindən yayılan açıqlamada qeyd edilib.

Qəzadan sonra yarışın yayımı dayandırlıb.

Oxşar xəbərlər

Bakıda yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıldı
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər