Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr AÇIQLADI
Far.Az xəbər saytı

Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr AÇIQLADI


"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir".

BAKU.WS xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov "Trend" Beynəlxalq İnformasiya Agentliyinə və "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, dəyişiklik yalnız "BakuBus" və "Bakı Taksi" şirkətlərinə aiddir:

"BakuBus" Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. "Bakı Taksi" isə sərnişinlərimizin "London taksisi" adlandırdığı xüsusi taksilərdən ibarətdir. Digər marşrutlar və avtobus xidmətləri isə öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər".

Oxşar xəbərlər

Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər