Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Far.Az xəbər saytı

Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


Afina şəhərində Azərbaycan və Yunanıstan xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib.

Görüş çərçivəsində Azərbaycan və Yunanıstan arasında mövcud olan siyasi dialoqun hazırkı vəziyyəti ətraflı nəzərdən keçirilib, mütəmadi olaraq müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.

Məsləhətləşmələr zamanı həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində, o cümlədən Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri çərçivəsində əlaqələrin inkişafına dair perspektivlər müzakirə edilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində təmasların və əməkdaşlığın davam etdirilməsi ilə bağlı məmnunluq ifadə olunub.

Görüş zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər