Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Məlumatda deyilir ki, son günlər respublikanın müxtəlif bölgələrində vəhşi heyvanların kəndlərə və təsərrüfatlara hücumlarının artması müşahidə edilir. Ayrı-ayrı rayonlarda vəhşi heyvanlar (canavar və s.) təsərrüfatlara hücum edərək heyvanları tələf edir və ya onlara ağır xəsarətlər yetirirlər. Hər il təkrarlanan və daha çox qış-yaz aylarında baş verən belə hallar vətəndaşlara, o cümlədən fermerlərə ciddi maddi ziyan vurur.
Fond fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları belə risklərdən qorumağa imkan verir. Belə ki, bu mexanizm vasitəsilə bitkiçilik və balıqçılıqla yanaşı, heyvandarlıq təsərrüfatlarını da sığortalamaq mümkündür.
Aqrar sığorta kənd təsərrüfatı heyvanlarını müxtəlif risklərdən, o cümlədən: təbiət hadisələri, yoluxucu xəstəliklər, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər hallardan sığortalayır.
Sığorta haqqının 50%-nin dövlət tərəfindən qarşılanması nəticəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər. Məsələn, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) illik sığortalanması fermerə cəmi 7-11 manata, 1000 manatlıq mal-qaranın sığortalanması isə cəmi 24-39 manata başa gəlir. Bu məbləğlər heyvandarlıq təsərrüfatlarının ümumi xərcləri daxilində çox kiçik yer tutur və fermerlər üçün ciddi maliyyə yükü yaratmır.
Təsərrüfatlarını sığortalayan fermerlər artıq aqrar sığortanın faydalarını görməkdədirlər. Fəaliyyətə başladığı dövrdən indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə ümumilikdə 3,5 milyon manat zərər ödənişi həyata keçirilib və bu rəqəm hər gün artmaqdadır. Təkcə bu ilin ilk 4 ayında zərər görmüş heyvandarlıq təsərrüfatlarına 230 min manat kompensasiya ödənilib.
ASF fermerləri dövlətin yaratdığı bu imkandan yararlanmağa, heyvanlarını çoxsaylı risklərdən qorumaq üçün sərfəli şərtlərlə sığortalamağa çağırır.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













