Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji əlaqələri bir daha təsdiqləyərək, enerji, ticarət və insanlararası təmaslar daxil olmaqla, əsas sahələrdə əməkdaşlığın davamlı genişlənməsini məmnunluqla qeyd ediblər", - məlumatda qeyd olunub.
Ş. Şərif qlobal şəhərsalma gündəliyinin irəlilədilməsində Azərbaycanın ev sahibi kimi rolunu qeyd edərək, Bakıda qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun şəhərsalma gündəliyi üzrə aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb. Ş. Şərif təxirəsalınmaz işləri səbəbindən tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın Forumda layiqincə təmsil olunmasını təmin etdiyini qeyd edib.
Liderlər Yaxın Şərqə xüsusi diqqət yetirməklə, regional proseslər ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi istiqamətində uğurlu təşəbbüslərini və gərginliyin azaldılması səylərini çox yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq inamı əks etdirdiyini qeyd edib.
Liderlər sıx əlaqədə qalmaq barədə razılığa gəliblər. Ş. Şərif Azərbaycan Prezidentini Pakistana səfərə dəvət edib və Prezident İlham Əliyev bu dəvəti minnətdarlıqla qəbul edib.
Prime Minister of the Islamic Republic of Pakistan Muhammad Shehbaz Sharif (@CMShehbaz) called President Ilham Aliyev.
— Ilham Aliyev (@presidentaz) May 12, 2026
During the telephone conversation the leaders reaffirmed the brotherly and strategic ties between Azerbaijan and Pakistan, welcoming the steady expansion of… pic.twitter.com/HXaesV0TVy
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













