Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub, söhbət zamanı qlobal gündəm məsələləri və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb.
"Bu axşam sevimli qardaşım Prezident İlham Əliyev ilə söhbət etməkdən məmnun oldum. Səmimi fikir mübadiləsi zamanı Pakistan və Azərbaycan arasında dərin qardaşlıq əlaqələrini, ticarət, investisiya və enerji sahələrində əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik", - o bildirib.
Şahbaz Şərif həmçinin Bakıda keçiriləcək WUF13 üçün Azərbaycana uğurlar arzulayıb və vurğulayıb ki, tədbir Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal şəhər inkişaf gündəminə mühüm töhfə verəcək. O qeyd edib ki, Pakistan forumda yüksək səviyyədə təmsil olunacaq.
"Biz həmçinin regional hadisələr, xüsusilə Yaxın Şərqdə sülhün bərqərar olunması istiqamətində davam edən səylər barədə fikir mübadiləsi apardıq. Prezident Əliyevin regionda sülh, dialoq və diplomatiyanın təşviqi üçün Pakistanın səmimi səylərinə dair xoş sözlərini yüksək qiymətləndirirəm," - Ş. Şərif əlavə edib.
Qeyd edək ki, Azərbaycan və Pakistan liderlərinin telefon danışığı barədə Prezident İlham Əliyevin də "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.05.2026)













