WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində mayın 10-11-də təşkil olunan məkan təlimləri başa çatıb.
Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, təlimlər tədbir öncəsi 2 100-dən çox könüllünü bir araya gətirib.
İki gün davam edən proqram çərçivəsində könüllülərə tədbir məkanı, əməliyyat koordinasiyası, təhlükəsizlik prosedurları və departamentlərin funksiyaları barədə geniş məlumat verilib. Eyni zamanda, tədbir müddətində fəaliyyətlərin əsasını təşkil edəcək əsas protokollar və təlimatlar iştirakçılara çatdırılıb.
WUF13 Könüllü Proqramı gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncənin təşviqi və beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi məqsədi daşıyan mühüm təşəbbüs kimi qiymətləndirilir.
16 min namizəd arasından çoxmərhələli və ciddi seçim prosesi nəticəsində seçilən könüllülər tədbir müddətində qonaqların qarşılanması və qeydiyyatı, informasiya xidmətlərinin koordinasiyası, sessiya və sərgi məkanlarında təşkilati dəstək, həmçinin mədəni proqramların icrası daxil olmaqla müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.
Könüllülərin bir qismi artıq tədbir ərəfəsində təyin olunduqları məsuliyyət sahələri üzrə fəaliyyətə başlayıblar.
Xatırladaq ki, mayın 17-dən 22-dək Bakıda keçiriləcək Dünya Şəhər Forumunun 13-cü sessiyası "Dünyanın mənzillə təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusuna həsr olunacaq və şəhərlərin gələcəyini formalaşdıracaq strateji müzakirələr üçün platforma rolunu oynayacaq.
Oxşar xəbərlər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində təlimlər keçirilir
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
Diplomatik xidmət orqanı əməkdaşlarının pul mükafatı ləğv olunur













