WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində təlimlər keçirilir
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülük Proqramının təlim mərhələsinə start verilib.
BAKU.WS WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, 3 gün ərzində davam edəcək sessiyalar çərçivəsində mərhələli şəkildə 1 000 nəfərə yaxın iştirakçının "Dayanıqlı Şəhərsalma İnkişafı və Davranışlar" mövzusunda təşkil olunan seminarlarda iştirakı nəzərdə tutulur.
Məlumata əsasən, Bakı Biznes Mərkəzində təşkil olunan seminarların məqsədi dayanıqlı və inklüziv şəhərsalma ilə bağlı maarifləndirməni gücləndirmək, eyni zamanda WUF13-ə hazırlıq prosesində könüllülərin dəstəkləyici rolunu önə çıxarmaqdır.
İştirakçılar davamlı şəhərsalma anlayışları, bu sahədə qlobal və milli çağırışlar, karbon izi, eləcə də WUF13 tədbirinin dayanıqlılıq meyarları və hədəfləri barədə məlumatlandırılır.
Dayanıqlılıq mövzusunda keçirilən ilk sessiyanın açılışında çıxış edən Könüllü Mərkəzinin rəhbəri Rəvanə Həsənli bildirib ki, seminarlar WUF13 tədbirinin əsas dəyərləri olan dayanıqlılıq və icma məsuliyyətinin mənimsənilməsinə yönəlib. O əlavə edib: "Bugünkü seminarla başlayan təlim prosesi iştirakçılara yalnız WUF13 çərçivəsindəki fəaliyyətlərdə deyil, həm də onların peşəkar və şəxsi inkişafında faydalı olacaq".
Təlimlər WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və EY Azərbaycan şirkətinin mütəxəssislərin çıxışları ilə davam edib. Əhatə olunan mövzular arasında Azərbaycanın şəhərsalma yolu və aparıcı şəhərlərdən qabaqcıl nümunələr, iqlimə davamlı şəhər sistemləri və mənzil təminatı da var. "Dayanıqlı Şəhərsalma İnkişafı və Davranışlar" təlimlərinin fevralın 6-da yekunlaşması gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur













