Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
Far.Az xəbər saytı

Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib


Finlandiya ilk dəfə olaraq 2035-ci ilə qədər qüvvədə olacaq milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib.

"Far.Az" Finlandiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənəd ölkənin milli təhlükəsizliyinin əsas maraqlarını müəyyən edir və ən ciddi təhlükələrə qarşı mübarizə tədbirləri əsasında cəmlənib.

Qeyd olunub ki, sənəddə ölkənin əsas milli maraqları, başlıca təhlükələr və onlardan qorunmaq üçün tövsiyələr göstərilib.

Konsepsiyanın prioritetləri sırasında müdafiə qabiliyyətinin qorunması və inkişaf etdirilməsi, müttəfiqlərlə əməkdaşlıq, cəmiyyətin dayanıqlığının möhkəmləndirilməsi, strateji asılılıqların azaldılması, hibrid təhlükələrə hazırlıq, texnoloji inkişaf çağırışlarına cavab verilməsi və kritik infrastrukturun qorunması var.

"Bu konsepsiya milli təhlükəsizliyimizin ardıcıl uzunmüddətli inkişafı üçün əsas yaradır və dəyişən təhlükəsizlik mühitində Finlandiyanın müxtəlif çağırışlara cavab vermək qabiliyyətini gücləndirir", - ölkənin Baş naziri Petteri Orpo deyib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər