Tobias Lorentsson: İsveç dayanıqlı tikinti təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır
Far.Az xəbər saytı

Tobias Lorentsson: İsveç dayanıqlı tikinti təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır


İsveçin aşağı karbonlu tikinti sahəsindəki təcrübəsi dayanıqlı tikinti, innovasiyalar və şəhər inkişafı sahələrində Azərbaycanla əməkdaşlığın inkişafına töhfə verə bilər.

"Far.Az" xəbər verir ki, bu barədə İsveçin Bakıdakı səfiri Tobias Lorentsson ADA Universiteti ilə tərəfdaşlıq çərçivəsində təşkil edilmiş və müasir İsveç memarlığına həsr olunmuş "Woodlife Sweden" sərgisində bildirib.

"İsveçin bərpa olunan materiallar və aşağı karbonlu tikinti sahəsindəki təcrübəsi qlobal şəhər gündəliyi üçün dəyər kəsb edir və dayanıqlı tikinti, innovasiyalar və şəhər inkişafı sahələrində İsveçlə Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfə verə bilər", - o qeyd edib.

Tobias Lorentssonun sözlərinə görə, sərginin keçirilməsi xüsusilə vacib bir mərhələ – Azərbaycanın WUF13 çərçivəsində beynəlxalq ekspertlərin, siyasətçilərin və şəhər rəhbərlərinin qəbuluna hazırlığı ilə üst-üstə düşür.

"Woodlife Sweden" – İsveç institutu tərəfindən memarlıq və dizayn sahəsində aparıcı İsveç təşkilatları ilə birgə işlənib hazırlanmış layihə bütün İsveçdən 48 innovativ taxta memarlıq layihəsini təqdim edir. Sərgi ölkənin dayanıqlı tikinti sahəsində aparıcı rolunu vurğulayır və müasir taxta texnologiyalarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq şəhərlərin iqlimyönümlü inkişafına necə kömək etdiyini nümayiş etdirir.

Tədbir memarları, dizaynerləri, şəhərsalma mütəxəsisləri, developerləri, akademik mühitin və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək forum ərəfəsində qarşılıqlı fəaliyyəti gücləndirib.

Sərgi 26 may 2026-cı ilədək davam edəcək.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər