Xətai Rayon Prokurorluğunda "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş seminar keçirilib
Xətai Rayon Prokurorluğunun inzibati binasında "Açıq qapı günü" və "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş seminar keçirilib.
"Far.Az" xəbər verir ki, "Açıq Qapı" gününün keçirilməsində məqsəd vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək, eləcə də prokurorluğun şəffaf fəaliyyətinin ictimaiyyətə təqdim olunmasıdır.
Xətai rayon prokuroru Sərdar İmanov bu cür görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, hüquqi biliklərin artırılması və ictimai etimadın gücləndirilməsi baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib. O, rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, vətəndaş müraciətlərinə baxılması və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışı zamanı prokurorluq orqanlarında son illərdə həyata keçirilən islahatlar, rəqəmsallaşma prosesi, "Elektron prokurorluq" informasiya sistemi və ictimaiyyətlə əlaqələrin inkişafı barədə danışıb. O, fəaliyyətin əsas prioritet istiqamətlərinin şəffaflıq, operativlik və vətəndaş məmnunluğunun təmin olunması olduğunu diqqətə çatdırıb.
Həmçinin tədbir çərçivəsində rayon prokurorluğunun əməkdaşları tərəfindən fəaliyyət sahələri üzrə iştirakçılara ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
İştirakçılar prokurorluğun inzibati binası ilə tanış olub, əməkdaşlar üçün yaradılmış iş şəraiti barədə məlumatlandırılıblar. Tədbir zamanı "Elektron prokurorluq" informasiya sistemi əyani şəkildə nümayiş etdirilib, müasir kriminalistik avadanlıqlar və onların istintaq prosesində tətbiqi barədə geniş məlumat verilib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













