Bu gündən WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan maşınlar cərimələnəcək
Far.Az xəbər saytı

Bu gündən WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan maşınlar cərimələnəcək


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Far.Az"a bildirilib ki, həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılıb və bu gündən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər