Elçin Babayev: WUF13-ün Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir
Far.Az xəbər saytı

Elçin Babayev: WUF13-ün Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində müxtəlif elmi konfranslar baş tutub:

"Məqsəd günün tələblərinə cavab verən, gələcəyə hesablanmış fəaliyyət üçün birgə kadr hazırlığında səylərin birləşdirilməsidir. Azərbaycan təcrübəsi dünyada örnəkdir. Xüsusilə, Qarabağ və Şəriq Zəngəzurda aparılan işlər buna əyani misaldır. Həmçinin gündən-günə artan kadr tələbatı istiqamətində müxtəlif ali təhsil müəssisələri öz səylərini birləşdirməlidir".

E.Babayev bildirib ki, hüquqi, sosial, ekoloji, şəhərsalma, böyük şəhərlərin yaratdığı problemlər nəzərə alınarsa, multidisiplinar sahədə kadr hazırlığı mühüm əhəmiyyət kəsb edir:

"Tədrisdə bu faktorların nəzərə alınması vacibdir. Gələcəyin mütəxəssislərinin hazırlanması daim diqqət mərkəzində olmalıdır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər