Andrey Qnatov: Hazırda Ukrayna-Rusiya cəbhəsində əhəmiyyətli dəyişikliklər baş vermir
Far.Az xəbər saytı

Andrey Qnatov: Hazırda Ukrayna-Rusiya cəbhəsində əhəmiyyətli dəyişikliklər baş vermir


Hazırda Rusiya-Ukrayna cəbhəsində əhəmiyyətli dəyişikliklər baş vermir.

Bunu "Far.Az"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov deyib.

O qeyd edib ki, Rusiya, sayca itkilərə baxmayaraq, hər gün hücum əməliyyatlarını davam etdirməyə çalışır:

"Əsasən qüvvələri ənənəvi olaraq Pokrovsk və Aleksandriya (Donetsk vilayəti) istiqamətlərində cəmləyirlər. Mən dəqiq qeyd edə bilərəm ki, göstərdikləri bütün səylərə baxmayaraq, Rusiya Silahlı Qüvvələrinin heç bir strateji və ya əməliyyat təşəbbüsü yoxdur".

Onun fikrincə, vacib olan odur ki, düşmənin verdiyi itkilər, bu itkiləri doldurmaq üçün müqavilə ilə orduya cəlb etdiyi insanların həcminə bərabərləşməyə, bəzən isə onu aşmağa başlayıb:

"Hazırda onlar insan resurslarının artıq hiss olunan çatışmazlığı şəraitində döyüş əməliyyatları aparırlar. Biz proqnozlaşdırırıq ki, bu vəziyyət onlar üçün yalnız pisləşəcək. Ola bilsin ki, bu yolla onlar anlayacaqlar ki, nə qədər əsgər buraya göndərsələr də, onlar üçün yalnız bir variant olacaq – ya həlak olmaq, ya da şikəst olmuş halda yenidən Rusiyaya qayıtmaq. Onlar üçün başqa heç nə nəzərdə tutulmayıb".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər