Fərid Əhmədov pakistanlı həmkarı ilə hüquqi əməkdaşlığı müzakirə edib
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Pakistana səfəri çərçivəsində bu ölkənin federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə hüquqi əməkdaşlığı müzakirə edib.
Bu barədə "Far.Az"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.
Söhbət zamanı hüquq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, bu istiqamətdə 2024-cü ildə imzalanmış Əməkdaşlıq Memorandumunun və sənədin icrasını nəzərdə tutan Əməkdaşlıq Proqramının münasibətlərin dinamikasını daha da gücləndirəcəyi vurğulanıb.
Əməkdaşlıq Proqramının icrası məqsədilə hazırlanmış Fəaliyyət Planı çərçivəsində ədliyyə sahəsində süni intellektin tətbiqi, rəqəmsallaşma, beynəlxalq müqavilələrin və qanunvericilik aktlarının hazırlanması və digər istiqamətlər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Fəaliyyət Planına əsasən, bu il may və oktyabr aylarında İslamabadda, iyul ayında isə Bakıda təlimlərin keçirilməsi planlaşdırılır.
Görüşdə hüquq və ədliyyə sahəsində faydalı müzakirələr aparılıb, müxtəlif istiqamətlər üzrə Azərbaycan təcrübəsinə maraq göstərilib. Sonda qarşılıqlı fəaliyyətlərin ikitərəfli əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyi qeyd olunub. Səfər çərçivəsində Fərid Əhmədov Pakistanın paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Həmçinin nazir Pakistan Milli Assambleyasında olub, sessiya iclasına baş çəkib. Naziri səmimi qarşılayan assambleya üzvləri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin strateji xarakter daşıdığını vurğulayaraq, əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildiriblər.
Fərid Əhmədov Pakistan Ali Məhkəməsinin baş hakimi Yəhya Afridi və Federal Konstitusiya Məhkəməsinin baş hakimi Amin-ud-Din Xan ilə də görüş keçirib. Görüşlər zamanı hüquqi sahədə peşəkar təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, həmçinin Azərbaycan və Pakistan ədliyyə nazirlikləri arasında imzalanmış hüquqi sənədlərin bu istiqamətdə əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub. Görüşlərdə hakimlərin peşə hazırlığı, hüquqi təlim proqramları sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Azərbaycanda minimum saatlıq əməkhaqqı ilə bağlı YENİ XƏBƏR
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib













