MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib
Far.Az xəbər saytı

MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib


Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən "Süni intellektin mediada tətbiqi" mövzusunda iki günlük seminar yekunlaşıb.

Far.Az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Proqramın ikinci günündə media nümayəndələri süni intellekt texnologiyalarının informasiya istehsalında, məlumatların emalında və generativ məzmunun hazırlanmasındakı rolu barədə məlumat alıblar.

Sessiyalar Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin tərəfindən keçilib, iştirakçılarla interaktiv müzakirələr aparılıb.

Seminar zamanı süni intellektin media sektorunda operativlik, analitika və məzmun istehsalı istiqamətində yaratdığı imkanlar, həmçinin rəqəmsal transformasiyanın gətirdiyi çağırışlardan bəhs edilib.

Qeyd olunub ki, belə təşəbbüslər jurnalistlərin peşəkar inkişafına, innovativ texnologiyaların mediada məsuliyyətli tətbiqinə və informasiya mühitinin keyfiyyətinin yüksəlməsinə töhfə verir.

Oxşar xəbərlər

"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər