Sürüşmə baş verən Altıağac-Xızı yolunda SON VƏZİYYƏT
verdiyi Altıağac-Xızı avtomobil yolunda Azərbaycan Prezidentinin sərəncamına əsasən bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika cəlb olunub. Sürüşmə nəticəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, həmçinin yol yatağının möhkəmləndirilməsi istiqamətində işlər aparılır.
Əsas məqsəd nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır. Eyni zamanda, yağıntılı hava şəraitinin yaratdığı risklərin minimuma endirilməsi üçün əlavə qabaqlayıcı tədbirlər də görülür.
Prezident sərəncamına əsasən, təkcə Altıağac-Xızı yolunda deyil, ölkə üzrə ümumilikdə 25 avtomobil yolunda yağış və sel sularının törətdiyi fəsadların aradan qaldırılması nəzərdə tutulub. Bu çərçivədə zərər görmüş yol infrastrukturlarının bərpası, körpü və suötürücü qurğuların təmiri, eləcə də təhlükəli ərazilərdə mühafizə tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.
***09:44
İsmayıllı-Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.
Qalereya
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













