ANSA: İtaliyada avtomobili izdihamın üzərinə sürən kişinin psixi problemləri var – YENİLƏNİB
Far.Az xəbər saytı

ANSA: İtaliyada avtomobili izdihamın üzərinə sürən kişinin psixi problemləri var – YENİLƏNİB


İtaliyanın Modena şəhərində avtomobili bir qrup insanın üzərinə sürən kişi, psixi problemləri səbəbindən 2022-ci ildən bəri tibbi nəzarət altında olub.

"Far.Az"un ANSA-ya istinadən verdiyi məlumata görə, kişidə şizofreniya əlamətləri müşahidə olunub.

Modena prefekti Fabrisia Triolo onun hadisə zamanı müalicə almadığını bildirib. Həmçinin kişinin işsiz olduğu da qeyd edilib.

Medianın xəbərinə görə, sürücü İtaliyanın şimalındakı Modena şəhərində (Emiliya-Romanya vilayəti) avtomobili bir qrup insanın üzərinə sürüb.

Hadisə zamanı azı on nəfər yaralanıb. Dörd nəfərin vəziyyəti ağırdır, 55 yaşlı qadın kritik vəziyyətdədir, daha bir qadın isə hər iki ayağını itirib.

İtaliyanın şimalındakı Modena şəhərində avtomobil insanlara çırpılıb, azı 10 nəfər xəsarət alıb.

"Far.Az" "Il Giornale" qəzetinə istinadən xəbər verir ki, avtomobili 31 yaşlı kişi idarə edib.

Nəşrin məlumatına görə, sürücü saxlanılarkən qaçmağa cəhd edib və ona mane olmağa çalışan şəxsə bıçaq xəsarəti yetirdiyi ehtimal olunur.

Xəsarət alanların sayı dəqiqləşdirilir. Bildirilir ki, xəsarət alanlardan biri hər iki ayağının amputasiyası ilə nəticələnən ağır travmalar alıb.

"Gazzetta di Parma" sürücünün "Citroën C3" avtomobilinin sükanı arxasında olduğunu yazıb.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər