Premyer Liqa: Bu gün XXXII tura yekun vurulacaq, son çempion "Sabah" mükafatlandırılacaq
Far.Az xəbər saytı

Premyer Liqa: Bu gün XXXII tura yekun vurulacaq, son çempion "Sabah" mükafatlandırılacaq


Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

"Report" xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

"Zirə" Zirə İdman Kompleksinin stadionunda "Sumqayıt"ı, "Sabah" isə "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edəcək.

Hər iki matç saat 18:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya kubok təqdim olunacaq.

Turnir cədvəlinə 75 xalla "Sabah" başçılıq edir. 53 xalı olan "Neftçi" dördüncü, 50 xala malik "Zirə" isə beşincidir. Yeddinci pillədə qərarlaşan "Sumqayıt"ın isə 41 xalı var.

Xatırladaq ki, turun əvvəlki keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər