Qvineyalı nazir: "2030-cu ilə qədər 50 min mənzil tikməyi planlaşdırırıq"
Far.Az xəbər saytı

Qvineyalı nazir: "2030-cu ilə qədər 50 min mənzil tikməyi planlaşdırırıq"


Qvineya 2030-cu ilədək 50 min mənzil tikməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu Qvineyanın şəhərsalma naziri Məhəmməd Lamine Si Vanne Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, mənzil məsələsi artıq yalnız sosial siyasət mövzusu deyil, urbanizasiya idarəçiliyi, iqlimə davamlılıq və iqtisadi transformasiyanın əsas determinantlarından birinə çevrilib.

"Afrika hazırda dünyanın ən sürətli urbanizasiya proseslərindən birini yaşayır və bu, infrastruktur, xidmətlər və mənzil təminatı üzərində ciddi təzyiq yaradır. Qvineyada sürətli urbanizasiya, qeyri-formal yaşayış məntəqələrinin genişlənməsi və şəhərlərin iqlim risklərinə məruz qalması əsas problemlər sırasındadır. Prezident Mamadi Doumbouya rəhbərliyi ilə ölkə "Simandou 2040" proqramı çərçivəsində yeni ərazi inkişafı mərhələsinə daxil olub. Hökumət torpaq və kadastr idarəçiliyində geniş islahatlara başlayıb. Bu çərçivədə proseslərin rəqəmsallaşdırılması, torpaq sənədlərinin təhlükəsizləşdirilməsi, qeydiyyat mexanizmlərinin təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində işlər aparılır", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, mənzil tikintisini nəzərdə tutan proqram yalnız yaşayış binalarını deyil, həm də nəqliyyat infrastrukturu, su təminatı, kanalizasiya və şəhər bağlantıları kimi istiqamətləri əhatə edir: "Ölkədə yeni şəhərlər və inteqrasiya olunmuş urban mərkəzlərin yaradılması layihələri də həyata keçirilir. Xüsusilə Simandou strateji dəhlizi boyunca aparılan layihələr iri sənaye və logistika investisiyalarının yaratdığı urbanizasiya təzyiqlərinin qarşısını almağa xidmət edir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər