Krzysztof Şçerski: "Siyasi öhdəliklər yenilənməlidir"
"Yeni Şəhər Gündəliyinin icrası üçün siyasi öhdəliklərin yenilənməsi vacibdir".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Polşanın BMT-dəki daimi nümayəndəsi Krzysztof Şçerski Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısında səsləndirib.
O, toplantının qlobal şəhər gündəliyi üçün mühüm mərhələdə keçirildiyini və şəhərlərin getdikcə artan çağırışlarla üzləşdiyini vurğulayıb:
"Yeni Şəhər Gündəliyinin qəbulundan təxminən 10 il keçməsinə baxmayaraq, şəhərlərimiz mənzil çatışmazlığı, bərabərsizlik, iqlim dəyişikliyinin təsirləri, məcburi köç, eləcə də infrastruktur və əsas xidmətlərə artan təzyiqlərlə üzləşməkdə davam edir. Eyni zamanda, şəhərlər iqtisadi inkişafın, innovasiyanın və dayanıqlılığın əsas mərkəzləri olaraq qalır".
"BMT Baş Assambleyasının mandatına uyğun olaraq, bu il iyulun 16-17-də Nyu-Yorkda keçiriləcək Yeni Şəhər Gündəliyinin aralıq icmalı indiyədək əldə olunan irəliləyişlərin qiymətləndirilməsi, mövcud boşluqların müəyyənləşdirilməsi və siyasi öhdəliklərin yenilənməsi üçün mühüm imkan yaradacaq", - deyə çıxışçı vurğulayıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













