Türkiyənin "Haber Global" kanalı WUF13-ün ikinci günündən videoreportaj hazırlayıb
Far.Az xəbər saytı

Türkiyənin "Haber Global" kanalı WUF13-ün ikinci günündən videoreportaj hazırlayıb


Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ikinci günündən (WUF13) videoreportaj hazırlayıb.

"Report" xəbər verir ki, reportajda 182 ölkədən 40 mindən çox şəxsin iştirak etdiyi vurğulanıb.

Videomaterialda bildirilib ki, Misirdə iki il əvvəl keçirilən WUF12-də 24 min şəxs iştirak edib. Bakıda keçirilən forumda iştirakçıların sayının 2 dəfə çox olması diqqətə çatdırılıb.

Videomaterialda "WUF13" Azərbaycanın, Bakının ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biri kimi təqdim edilib.

Süjetdə Türkiyənin də burada yüksək təmsilçiliyi qeyd olunub. Bildirilib ki, Türkiyə WUF13-də milli stendlə çıxış edir. Stendə zəlzələ sonrası şəhərçilik istiqamətində görülən işlər, həmçinin 3 il ərzində Türkiyədə 455 min yaşayış binasının tikilərək zəlzələdən əziyyət çəkən vətəndaşlara təhvil verildiyi qeyd edilib.

Türkiyənin "Haber Global" kanalı WUF13-ün ikinci günündən videoreportaj hazırlayıb

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Məktəbin ilk günündən FOTOLAR
İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində iştirak edir - YENİLƏNİB
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər