ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
Bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində imzalanan "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin icrasına dair Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin bərpası, yenidən qurulması və inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu BTQ layihəsi üzrə reallaşdırılmış modernləşdirmə işlərinin başa çatdırılmasını və yekun qəbulunu təsdiqləyir.
Bu barədə "Far.Az"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Bu tədbir həmçinin BTQ xəttinin effektiv idarəçiliyinin təmin edilməsi məqsədilə ADY və "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış "BTKI Railways" MMC birgə müəssisəsinin işə başlaması ilə əlamətdar olub.
BTQ-nin imkanlarının artırılması məqsədilə 2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edir. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub. Görülən işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
"Modernləşdirmənin məqsədi BTQ-ni Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabətqabiliyyətini artırmaqdır. Bu modernləşmə BTQ-ni Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksional edir.
ADY layihənin Azərbaycan tərəfində – Bakı–Böyük Kəsik sahəsində də əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Ötən il Böyük Kəsikdən Hacıqabul sahəsinə qədər dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə sistemləri yenidən qurulub.
Artıq BTQ sadəcə Bakı, Tbilisi və Qarsı birləşdirən dəmir yolu deyil, modernləşdirilmiş xətt Orta Dəhlizin yükdaşıma qabiliyyətini artıracaq, Şərq–Qərb ticarət axınlarını sürətləndirəcək, Azərbaycanı regional tranzit qovşağı kimi gücləndirərək Avrasiya logistika sistemində yeni balans yaradacaq", - məlumatda deyilir.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













