Kuleba: Ukrayna və Azərbaycan bərpa və yenidənqurma layihələrini müzakirə edir
Far.Az xəbər saytı

Kuleba: Ukrayna və Azərbaycan bərpa və yenidənqurma layihələrini müzakirə edir


Ukrayna və Azərbaycan zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulması, o cümlədən İrpendə birgə infrastruktur layihələrinin həyata keçirilməsi üzrə danışıqlar aparır.

BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, WUF13 iki ölkə arasında əməkdaşlığın müzakirəsi üçün mühüm platforma olub.

"Bugünkü forum Azərbaycanla əməkdaşlığımızın ən yaxşı nümunəsidir. WUF13 platformasında hökumət nümayəndələri ilə görüşlərimiz keçirilir, bərpadan infrastruktur və iqtisadiyyata qədər bir çox məsələlər müzakirə olunur", - o deyib.

O. Kuleba İrpenin bərpasının əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

"İrpendə birgə layihələrimiz var. Azərbaycan Ukrayna üçün simvolik əhəmiyyətə malik dörd obyektin bərpasına kömək edir. Bu dəstəyə görə Azərbaycana çox minnətdarıq", - baş nazirin müavini vurğulayıb.

Onun sözlərinə görə, tərəflər həmçinin konkret layihələrin həyata keçirilməsi məsələləri ilə bağlı texniki məsləhətləşmələr aparır.

"Biz texniki səviyyədə reallaşdırmanın detallarını müzakirə edirik və əminəm ki, bu, həm Ukrayna, həm də Azərbaycan üçün çox məhsuldar əməkdaşlıq olacaq", - Oleksiy Kuleba qeyd edib.

O, həmçinin ölkələr arasında humanitar əməkdaşlığı, o cümlədən Azərbaycanda ukraynalı uşaqların reabilitasiyası layihələrini xatırladıb.

Ukraynanın WUF13-də iştirakına toxunan Kuleba vurğulayıb ki, Kiyev bərpanı yalnız müharibənin nəticələrinin aradan qaldırılması olaraq deyil, həm də ölkənin modernləşdirilməsi üçün bir imkan kimi qiymətləndirir.

"Bu gün söhbət yalnız faciədən getmir. Biz bərpanı yeni, daha dayanıqlı infrastruktur yaratmaq imkanı kimi qəbul edirik və bu təcrübəni tərəfdaşlarımızla bölüşməyə hazırıq", - o bildirib.

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər