Bessent Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətinin uzadıldığını təsdiqləyib - YENİLƏNİB
Far.Az xəbər saytı

Bessent Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətinin uzadıldığını təsdiqləyib - YENİLƏNİB


ABŞ Maliyyə Nazirliyi ən həssas ölkələrin gəmilərə yüklənmiş Rusiya neftinə müvəqqəti çıxışını təmin etmək üçün 30 günlük müvəqqəti ümumi lisenziya verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent "X" sosial şəbəkəsində yazıb.

"Bu uzadılma əlavə çeviklik təmin edəcək və biz zərurət yarandıqca konkret lisenziyalar təqdim edərək bu ölkələrlə işləyəcəyik. Bu ümumi lisenziya xam neftin fiziki bazarını sabitləşdirməyə kömək edəcək və onun enerji baxımından ən həssas ölkələrə daxil olmasını təmin edəcək.

O həmçinin Çinin aşağı qiymətlərlə neft toplamaq imkanlarını azaltmaq hesabına mövcud tədarükləri buna ən çox ehtiyacı olan ölkələrə yenidən yönəltməyə kömək edəcək", - deyə bəyanatda bildirilir.

ABŞ Maliyyə Nazirliyi gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı və daşınması əməliyyatlarının ABŞ sanksiyalarından çıxarılmasını daha 30 gün uzadır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl bir neçə dövlət Rusiya neftinin satın alınması üçün daha çox vaxt əldə etmək məqsədilə bununla bağlı xahiş edib.

Xatırladaq ki, ABŞ aprelin 17-dək olan dövrdə tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatların mayın 16-dək həyata keçirilməsinə icazə vermişdi.

Oxşar xəbərlər

Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər