"Turan Tovuz" "Sabah"la keçirəcəyi oyununun stadionunun dəyişdirilməsinin səbəbini açıqlayıb
"Turan Tovuz" Misli Premyer Liqasının XXXIII turunda "Sabah"a qarşı keçirəcəyi oyunun məkanının dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar komandanın avrokuboklara idman və infrastruktur baxımından daha yaxşı hazırlaşması məqsədilə qəbul olunub.
Bildirilib ki, Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciət edilib və müraciət əsasında qarşılaşmanın "Bank Respublika Arena"da keçirilməsi qərara alınıb.
Açıqlamada qeyd olunub ki, stadionun avrokubok oyunlarına hazırlanması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir. Klubun əsas məqsədinin avrokubok matçlarını doğma meydanda keçirmək olduğu vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Konqoda Ebola yayılır: yüzlərlə şübhəli yoluxma qeydə alınıb
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib













