Aydın Kərimov: Şuşada istənilən fəsildə su problemi yoxdur
Far.Az xəbər saytı

Aydın Kərimov: Şuşada istənilən fəsildə su problemi yoxdur


Artıq Şuşada istənilən fəsildə su problemi yoxdur.

"Report" xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.

"Şəhərdə nəqliyyat infrastrukturu təmin edilib. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda ümumi uzunluğu 12,7 km (iki istiqamət üzrə) olan 7 yol tunelinin tikintisi həyata keçirilib. Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində ("Torpaq Meydanı"na doğru) yol tikintisi və yeraltı kommunal xətlərin çəkilişi aparılıb, həmçinin yeraltı rabitə şəbəkələri quraşdırılıb".

Xüsusi nümayəndə məlumat verib ki, Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi nəticəsində Şuşa şəhərinə olan məsafə azaldılıb, şəhərdaxili marşrutlardan biri üzrə 4 elektrik avtobusu istismara verilib.

Bildirilib ki, Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır.

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər