Səfir: "Mənzil, sosial inklüzivlik və inkişaf bir-birindən ayrılmaz anlayışlardır"
Mənzil, sosial inklüzivlik və inkişaf bir-birindən ayrılmaz anlayışlardır.
"Far.Az" xəbər verir ki, bunu Somalinin Keniyadakı səfiri Jabril Ibrahim Abdulle Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, evsizlik və mənzil çatışmazlığı bir çox cəmiyyətlərdə ciddi sosial stiqma yaradır: "İnsanların həyatında irəli gedə bilməsi üçün ilk növbədə özünü aid hiss etdiyi bir evə ehtiyacı var. Mənzil olmadan digər problemlərin həlli mümkün deyiln Somali kimi postmünaqişə ölkələrində münaqişə uzunmüddətli köçkünlük, travma və zəif institutlar kimi problemlər yaradıb. Buna görə də, ölkədə mənzil siyasəti tarixi və sosial çağırışlar nəzərə alınaraq formalaşdırılır".
Səfir qeyd edib ki, Somalidə dövlət strukturlarının zəif olduğu dövrdə özəl sektor və diaspora mənzil sektorunda mühüm rol oynayıb: "Biznes dairələri və Somali diasporu mənzil tikintisini dəstəkləyib. Dövlət iqtisadi və institusional problemlərlə üzləşdiyi üçün digər tərəflər bu boşluğu doldurmağa çalışıb. Torpaq idarəçiliyi və hüquqi tənzimləmə Somali üçün əsas çağırışlardan biri olaraq qalır. Uzun illər dövlət mülkiyyəti sistemində yaşamışıq. Sonradan torpaq münasibətlərinin dəyişməsi yeni problemlər yaradıb. Hazırda torpaq əlçatanlığı və tənzimləyici mexanizmlərin qurulması üzərində işləyirik".
Onun sözlərinə görə, Somali hökuməti ilk mərhələdə aşağı gəlirli əhali ilə yanaşı, minlərlə məcburi köçkünün yerləşdirilməsinə üstünlük verib: "Baidoa kimi şəhərlərdə minlərlə ev inşa olunub. İlk olaraq insanların təcili mənzil ehtiyacını qarşılamağa çalışdıq, daha sonra isə özəl sektorun dəstəyi ilə növbəti mərhələyə keçdik".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Rövşən Nəcəf Keniya prezidenti ilə görüşüb
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
-
WUF13-də Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı stend qurulub
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır













