Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı istiqamətində aidiyyəti qurumlar tərəfindən bir sıra təlim, seminarlar keçirilir, müzakirələr aparılır.
"Far.Az" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.
O qeyd edib ki, digər ölkələr kimi Azərbaycanda da iqlim dəyişikliklərindən irəli gələn əlverişsiz təbiət hadisələri, ekstremal istilik dalğaları, quraqlıq, meşə yanğınları, torpaq sürüşmələri ictimai sağlamlığa ciddi ziyan vurur, infrastruktur obyektlərinin normal fəaliyyətinə, insanlara neqativ təsir göstərir:
"Bu baxımdan, iqlim dəyişikliklərinin təsirinə qarşı mübarizə tədbirləri əhali və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən fəaliyyətin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir".
Nazir müavini vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi (FHN) genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir:
"İqlimə dayanıqlı şəhərlərin inkişafı və infrastrukturun iqlim dəyişikliklərinə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Ərazi planlaşdırma sənədlərinin hazırlanması, layihələndirmədə optimallıq və şəhər infrastrukturunun iqlimə dayanıqlı şəkildə qurulması vacib amillərdəndir.
Tikinti və şəhərsalma fəaliyyətinin hər mərhələsində ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri nəzərə alınır. Təbii fəlakətlərin təsirinin azaldılması və şəhərlərin ekoloji amillərə dayanıqlılığının artırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilməlidir".
C.Xanlarov əlavə edib ki, səmərəli işıqlandırma və istilik sistemlərindən istifadə, su təchizatı infrastrukturunun inkişafı, tikinti sahəsində mütəxəssislərin iqlim dəyişikliyi barədə maarifləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə və "ağıllı şəhər" konsepsiyası əsasında bina və qurğuların iqlim dayanıqlılığının artırılması istiqamətində FHN tərəfindən ciddi işlər aparılır.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib













