Dövlət Komitəsinin sədri: "Ərazilərimiz dünyada minalarla ən çox çirklənmiş bölgələr arasındadır"
Far.Az xəbər saytı

Dövlət Komitəsinin sədri: "Ərazilərimiz dünyada minalarla ən çox çirklənmiş bölgələr arasındadır"


Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada minalarla ən çox çirklənmiş bölgələr arasında qalmaqdadır.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə bildirib.

Onun sözlərinə görə, 900 000 hektardan çox ərazi minalar və partlamamış hərbi sursatlarla çirklənib: Hesablamalara görə, bölgə ərazisində təxminən 1,5 milyon mina basdırılıb. 2020-ci ilin noyabrından etibarən genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 262 min hektardan çox ərazi təmizlənib, 246 000-dən çox mina və partlamamış silah zərərsizləşdirilib".

Sədr qeyd edib ki, yenidənqurmaya başlamazdan əvvəl, yerlərdə təhlükəsizliyin təmin edilməsi ən təcili milli prioritet olub: "Bu baxımdan, ərazilərin minalardan təmizlənməsi hərəkət imkanlarının bərpası, yenidənqurmanın həyata keçirilməsi, icmaların təhlükəsiz geri qayıtması və davamlı iqtisadi fəaliyyət üçün zəmin yaradılması istiqamətində mühüm addımdır".

Komitə sədri yenidənqurma işləri ilə paralel, Azərbaycanın münaqişədən sonrakı ərazilər üçün yeni idarəetmə modelini tətbiq etdiyini bildirib: "Effektiv yerli koordinasiyanı təmin etmək və strateji prioritetlərin yerlərdə icrasını sürətləndirmək üçün azad edilmiş ərazilər üzrə Prezidentin xüsusi nümayəndələri təyin edildi. Bu model yenidənqurma və yenidən məskunlaşdırmanın mürəkkəb çağırışlarına tez cavab verməyə qadir birbaşa və çevik idarəetmə mexanizmi yaratdı. Bu gün xüsusi nümayəndələr dövlət qurumlarının fəaliyyətini əlaqələndirir və inkişafa nəzarət edir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Vətən müharibəsinin başlamasından 4 il ötür
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər