Tinatin Kolbaia: Şəhərsalma və mənzil siyasəti "vahid çətir" altında ola bilər
Far.Az xəbər saytı

Tinatin Kolbaia: Şəhərsalma və mənzil siyasəti "vahid çətir" altında ola bilər


Şəhərsalma və mənzil siyasətinin "vahid çətir" altında birləşdirilməsi mümkündür.

"Far.Az" xəbər verir ki, bunu Gürcüstanın Məkan və Şəhərsalma İnkişafı Agentliyinin rəhbərinin I müavini Tinatin Kolbaia Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.

"Gürcüstan artıq buna hazırdır. Düşünürəm ki, biz həmin çətiri tətbiq edə bilərik. Hətta kiçik addımlar elə indicə atılır, əgər bəzi şəhərsalma və yaxud məkan planlarımız varsa, biz onları prioritet investisiya planları ilə dəstəkləyirik. Həmin planlar həmişə birbaşa mənzil təminatı ilə və mənzil keyfiyyəti, yaşayış keyfiyyəti ilə birbaşa bağlı olmayan əsas infrastrukturla başlayır. Bu prioritet investisiya planları yerli və ya mərkəzi hökumət tərəfindən qəbul edildiyi və bələdiyyə şuraları tərəfindən təsdiqləndiyi andan dərhal icra olunur. Bu, Gürcüstanda mənzil təminatının mənzərəsidir və ümid edirəm ki, sabah daha yaxşı olacaq, ölkəmizdə mənzil siyasəti daha da təkmilləşdiriləcək", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər